Samir Şərifov: “Prosesin belə sürətlə gedəcəyini biz özümüz də gözləmirdik”
29 oktyabr 2012 13:11 (UTC +04:00)

Samir Şərifov: “Prosesin belə sürətlə gedəcəyini biz özümüz də gözləmirdik”

“Azərbaycanda sovet dövründən qalma əmanətlərin qaytarılması sürətlə həyata keçirilir”. Lent.az-ın verdiyi məlumata görə, bunu maliyyə naziri Samir Şərifov söyləyib.

Samir Şərifov bunun onlar üçün də gözlənilməz olduğunu bildirib: “Prosesin belə sürətlə gedəcəyini biz özümüz də gözləmirdik. Bu da onun göstəricisidir ki, işlər heç də pis təşkil olunmayıb. Bu prosesdə müəyyən nöqsanlar da ola, bu işləri icra edən şəxslər, bank işçiləri tərəfindən problem yaradıla bilər. Amma bunlar cüzi xarakter daşıyır, yəni kütləvi hallardan danışa bilmərik. Hesab edirəm ki, bu proses uğurla həyata keçirilir”.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1671

Oxşar yazılar