2600 azərbaycanlı zəvvar Hacı oldu
27 oktyabr 2012 11:23 (UTC +04:00)

2600 azərbaycanlı zəvvar Hacı oldu

Həcc ziyarətinə yollanmış 2600 azərbaycanlı zəvvar Hacı dini titulunu alıb.

APA-nın məlumatına görə, onlar bu ada oktyabrın 26-da qurban kəsdikdən sonra yiyələniblər. Zəvvarların arasında bu adı ikinci, üçüncü və s. dəfə alanlar da var.

Azərbaycanlı zəvvarlar bu gün növbəti dəfə “Şeytanı daşlama” əməlini həyata keçiriblər. Onlar sabah – oktyabrın 28-də Mina dağında sonuncu dəfə “Şeytanı daşlama” əməlini etdikdən sonra Məkkə şəhərində qaldıqları otellərə qayıdacaqlar.

Həcc ziyarətini başa vurduqdan sonra zəvvarların 5-12 noyabr tarixlərində Mədinə-Bakı marşrutu üzrə təyyarə ilə Azərbaycana qayıtması nəzərdə tutulur.

Müvafiq olaraq 5 noyabrda iki, 6 noyabrda iki, 7 noyabrda iki, 8 noyabrda iki, 9 noyabrda bir, 10 noyabrda bir, 11 noyabrda bir, 12 noyabrda bir təyyarə zəvvarları Vətənə qaytaracaq.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1023

Oxşar yazılar