Ziya Məmmədovdan bayram təşəbbüsü - FOTO
26 oktyabr 2012 12:47 (UTC +04:00)

Ziya Məmmədovdan bayram təşəbbüsü - FOTO

Nəqliyyat Nazirliyinin təşəbbüsü ilə dəmiryolçular Qurban bayramında tədbirlər keçirirlər.

“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin Mətbuat Katibliyinin rəisi Nadir Əzməmmədovun Lent.az-a verdiyi məlumata görə, belə tədbirlərdən biri də bu gün Bilgəh və Mərdəkan qəsəbələrində təşkil olunub.
“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin Dəmir yollarının və texniki qurğularının təmir-tikinti Departamentinin kollektivi Qurban bayramında Bakı şəhəri Baş Səhiyyə İdarəsinin 2 saylı ağ ciyər vərəm sanatoriyasında, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Müalicə Pansionatı, 3 №-li internat məktəbi və Müharibə və Əmək Əlilləri üçün Pansionatında olublar, burada məskunlaşan mərhəmətə, qayğıya ehtiyacı olanlara nahar yeməyi, çeşidli meyvələr, dadlı şirələr, bayram hədiyyələri gətiribər.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2337

Oxşar yazılar