2 yaşlı uşaq soyuqdan ölüb
25 oktyabr 2012 22:18 (UTC +04:00)

2 yaşlı uşaq soyuqdan ölüb

Bu ilin avqustunda Güney Azərbaycanın Qaradağ mahalının zəlzələ baş verən rayonlarından biri də Vərzəqandır.
Lent.az-ın Güney Azərbaycana bağlı informasiya vasitələrinə istinadən məlumatına görə, Vərzəqan şəhərində 2 yaşlı bir uşaq soyuqdan həlak olub.

Yerli müşahidəçilərin sözlərinə əsasən, Azərbaycan, özəlliklə Qaradağ bölgəsi dəniz səviyyəsindən yüksəklikdə yerləşir. Bu üzdən də yaxın günlərdə oralara qar yağacaq, şaxtalı havalar başlayacaq.

Çox saylı müraciətlərə, etirazlara baxmayaraq, zəlzələ bölgəsində soyuq hava şəraiti ilə bağlı işlər görülməyib

Məlumatlara görə, Qaradağda, o cümlədən zəlzələ bölgəsinin bir sıra yerlərində gecələr temperatur sıfır dərəcədən aşağı olur. Heç şübhəsiz bu şərаit yaşlı insanlara, uşaqlara, xəstələrə çox pis təsir göstərir.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1355

Oxşar yazılar