“Bu il doğulanlar üçün ömür uzunluğu 73,8 yaş gözlənilir” - PROQNOZ
11 oktyabr 2012 02:11 (UTC +04:00)

“Bu il doğulanlar üçün ömür uzunluğu 73,8 yaş gözlənilir” - PROQNOZ

“Azərbaycanda icra olunan ünvanlı yardım proqramı hazırda 127 minə yaxın ailəni əhatə edir. Hər ailəyə isə ayda orta hesabla 112 manat vəsait ödənilir”.

APA-nın xəbərinə görə, bunu Nazirlər Kabinetinin 2012-ci ilin 9 ayının yekunlarına həsr olunmuş iclasındakı çıxışında əmək və əhalinin sosial müdafiəsi naziri Füzuli Ələkbərov deyib.

Nazir bildirib ki, ünvanlı yardım alan ailələrin təxminən 40 faizinin ailə tərkibində və əmlak vəziyyətində yaxın illərdə onların bu növ dəstək almaq hüququna təsir edəcək dəyişikliklər gözlənilmədyi üçün belə ailələrə təyinat müddətinin iki, yaxud üç ilədək uzadılması barədə aidiyyəti orqanlara təkliflər göndərilib.

Nazir qeyd edib ki, müharibə əlilləri və şəhid ailələrinə təqdim edilmək üçün 5 minə yaxın mənzil tikilərək istifadəyə verilib. İlin sonunadək ölkənin müxtəlif bölgələrində ümumilikdə 411 mənzil əlil və şəhid ailələrinə təqdim olunacaq. Həmçinin yaxın aylarda ayrı-ayrı bölgələrdə 510 mənzildən ibarət binaların inşasına başlanacaq.

F. Ələkbərov qeyd edib ki, hazırda Zabrat qəsəbəsində Gözdən əlillər üçün Tədris Bərpa Mərkəzi, yetkinlik yaşına çatmayanlar üçün Sosial Reabilitasiya Mərkəzi və Sosial Sığınacaq, Bilgəhdə Qocalar evi üçün ikinci korpus inşa olunur. Saray, Şağan, Buzovna internat evlərində olduğu kimi, digər sosial xidmət müəssisələrində də müasir standartlara uyğun şəraitin yaradılması işləri aparılır.

Nazirin sözlərinə görə, 1990-1995-ci illərdə əhalinin orta ömür uzunluğu göstəricisi 71 yaşdan 69 yaşadək azalsa da, 2012-ci ildə doğulanlar üçün gözlənilən ömür uzunluğu 73,8 yaş təşkil edir: “Proqnoz göstəricilərə əsasən 2050-ci il üçün Azərbaycanda orta ömür uzunluğu 77,3 yaş olacaq. Buna görə də, yaşlı insanların sosial vəziyyətinin daha da yaxşılaşdırılması və onlara dövlət qayğısının artırılması məqsədilə növbəti Dövlət Proqramının hazırlanması üçün müvafiq tədbirlər görülməkdədir”.
F. Ələkbərov deyib ki, Dövlət Əmək Müfəttişliyi Xidməti son üç ayda 31 mindən çox işçi ilə əmək münasibətlərinin əmək müqaviləsi əsasında rəsmiləşdirilməsini təmin edib.
Nazirin sözlərinə görə, son illərdə iş yerlərində sağlam və təhlükəsiz əmək şəraitinin yaradılmasına nəzarət gücləndirilib: “Bu sahədə müsbət nəticə kimi, istehsalatla əlaqəli bədbəxt hadisələrin sayı ötən ilin müvafiq dövrü ilə müqayisədə 2003-dən 153-ə, belə hadisələr nəticəsində dünyasını dəyişənlərin sayı 80-dən 57 nəfərə edib”.

F. Ələkbərovun verdiyi məlumata görə, beynəlxalq standartlara uyğun səriştəli əmək qüvvəsinin yaradılması məqsədi ilə Əmək Ehtiyatlarının İnkişafı Agentliyinin yaradılması üçün işlər aparılır: “Bakı və Göyçay Peşə Tədrisi Mərkəzləri müasir tələblər səviyyəsində yenidən qurulmaqla, Gəncə şəhərində də belə bir mərkəzin yaradılması nəzərdə tutulur”.

F. Ələkbərov rəhbərlik etdiyi sahəyə aid beynəlxalq tədbirlərin də mütəmadi olaraq ölkəmizdə keçirildiyini vurğulayıb: “2013-cü ilin aprelində İslam Konfransı Təşkilatına üzv ölkələrin nazirlərinin, 2015-ci ildə isə Avropa Şurasının sosial birlik məsələlərinə məsul nazirlərinin konfranslarının Azərbaycanda keçirilməsi gözlənilir”.

# 1239

Oxşar yazılar

Bakıda 20 dərəcə isti var – FAKTİKİ HAVA

Bakıda 20 dərəcə isti var – FAKTİKİ HAVA

5 may 2024 , 09:28
Bu gün ölkədə bəzi İMTAHANLAR KEÇİRİLƏCƏK

Bu gün ölkədə bəzi İMTAHANLAR KEÇİRİLƏCƏK

5 may 2024 , 08:07
Bu gün 21-ci əsrin ən güclü meteor yağışı  olacaq – hamı görə biləcək

Bu gün 21-ci əsrin ən güclü meteor yağışı olacaq – hamı görə biləcək

5 may 2024 , 00:15
Cavanşir körpüsündə REAL TƏHLÜKƏ:   sökülə bilər

Cavanşir körpüsündə REAL TƏHLÜKƏ: sökülə bilər

4 may 2024 , 23:00
Bölgələrə yağış və sulu qar  yağıb - FAKTİKİ HAVA

Bölgələrə yağış və sulu qar yağıb - FAKTİKİ HAVA

4 may 2024 , 18:00
Sabah bu yollar tam BAĞLANACAQ

Sabah bu yollar tam BAĞLANACAQ

4 may 2024 , 15:05
Sulu qar yağacaq, leysan olacaq - PROQNOZ

Sulu qar yağacaq, leysan olacaq - PROQNOZ

4 may 2024 , 12:46
Qar yağıb, şaxta olub - FAKTİKİ HAVA

Qar yağıb, şaxta olub - FAKTİKİ HAVA

4 may 2024 , 11:10