Şərur rayonuna prokuror təyin olunub.
Lent.az xəbər verir ki, Baş prokuror Kamran Əliyevin əmri ilə Xalid Ağayev ikinci müddətə rayon prokurou vəzifəsinə təyinat alıb.
Həmçinin, Neftçalaya da yeni prokuror təyin olunub.
Baş prokuror Kamran Əliyevin imzaladığı başqa bir əmrlə Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin Preventiv tədbirlər və təhqiqat idarəsinin prokuroru Zeynal Zeynalov tutduğu vəzifədən azad edilərək Neftçalaya yeni prokuror təyin edilib.
Bundan başqa, Prokurorluqda istintaqa nəzarət şöbəsinin rəis müavini İlkin İsmayıl oğlu İsmayılov tutduğu vəzifədən azad edilərək Kəlbəcər rayon prokuroru təyin olunub.
***
saat 11:30
Saatlıya yeni prokuror təyin olunub.
Lent.az xəbər verir ki, bu barədə baş prokuror Kamran Əliyev əmr imzalayıb.
Əmrə əsasən, Elnur Rüstəmov Saatlı rayonunun yeni prokuroru təyin edilib.