Pitbull azyaşlı qızı ad günündə parçaladı
23 iyul 2025 16:04 (UTC +04:00)

Pitbull azyaşlı qızı ad günündə parçaladı

Braziliyada pitbull öz sahiblərinin kiçik qızını öldürüb.

Lent.az xarici mediaya istinadla bildirir ki, iki yaşlı Oliviyanın valideynləri yaxınlarının xəbərdarlıqlarına baxmayaraq, yetkin bir pitbul alıblar. Qohumlar onları dəfələrlə xəbərdar etsə də, faydası olmayıb.

Faciə qızcığazın ad günü günü baş verib – balaca qız həyətə qaçıb, pitbull isə onun üstünə atılaraq boğazından yapışıb. Nəticədə qız ölüb.

Həyətə çıxan valideynlər uşağın cəsədini itdən ala bilməyiblər və polis çağırmaq məcburiyyətində qalıblar.

Polislər qəzəbli itin sakitləşdirilməsi üçün ona üç dəfə atəş açmalı olublar. Yalnız bundan sonra it çənəsini açaraq uşağın cansız bədənini buraxıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 636

Oxşar yazılar