Gecəyarı azərbaycanlı gəncin evi yandı
23 iyul 2025 13:24 (UTC +04:00)

Gecəyarı azərbaycanlı gəncin evi yandı

Türkiyədə azərbaycanlının evi yanıb.

Lent.az yerli mediaya istinadla bildirir ki, hadisə gecə saatlarında Çorum şəhərinin Bahçelievler məhəlləsində baş verib.

Buradakı 4 mərtəbəli binanın sonuncu mərtəbəsində 25 yaşlı Ariz Mahmudova məxsus evdə yanğın başlayıb. Hadisə yerinə polis və yanğınsöndürənlər cəlb olunub. Xilasedicilər evdə kiminsə olacağı ehtimalı ilə qapını sındırıb içəri girməyə çalışıblar. Bu zaman Ariz də sevgilisinin evdə ola biləcəyini düşünərək nərdivanla evə çıxmağa çalışıb. Lakin o, nərdivandan düşürülüb.

Xilasedicilər isə evdə kiminsə olmadığını görüblər. Yanğın söndürülüb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 650

Oxşar yazılar