Azərbaycanda polisi terrorla şantaj  edən uşaq CƏZALANDIRILDI
23 iyul 2025 16:33 (UTC +04:00)

Azərbaycanda polisi terrorla şantaj edən uşaq CƏZALANDIRILDI

Bakıda terror törədəcəyi barədə yalan məlumat verən yeniyetmə saxlanılıb.

Lent.az xəbər verir ki, Qazaxıstanda yaşayan 17 yaşlı azərbaycanlı Vahid Mirzəyev (ad və soyad şərti) 2023-cü ilin oktyabr ayında Azərbaycan Daxili İşlər Nazirliyinə məktub göndərərək, Nəsimi rayonundakı ticarət mərkəzlərindən birində partlayış törədəcəyini deyib.

Elektron müraciəti zamanı o, tələb olunan bölmələrə ayrı-ayrı şəxslərin məlumatlarını yerləşdirib. Vahid müraciətində Azərbaycanın təhlükəsizlik xidmətinə səsləndiyini və deyəcəyi pulu onun kripto hesabına yükləməyəcəkləri təqdirdə qeyd etdiyi ticarət mərkəzini partladacağını bildirib.

Buna görə, də Qazaxıstan polisi onun ailəsi ilə birgə yaşadığı evə gələrək, Vahidi şöbəyə aparıb. Burada onun ifadəsi alınandan sonra Azərbaycana getməsi tapşırılıb. Atası ilə ilə Bakıya gələn Vahid aeroportda polis əməkdaşları tərəfindən saxlanılıb. Onun barəsində Cinayət Məcəlləsinin 216-cı (terrorçuluq barədə bilə-bilə yalan məlumat vermə) maddəsilə ittiham elan olunub.

Məhkəmə Vahidin yaşını və cinayəti etiraf edib səmimi peşman olmasını nəzərə alaraq, cəzasını yüngülləşdirib.

Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Səbuhi Hüseynovun sədrliyi ilə keçirilən prosesdə Vahid Mirzəyevə yekun olaraq, 300 manat məbləğində cərimə təyin olunub. Həmçinin onun barəsində seçilən ev dustaqlığı cəzası başqa yerə getməmək haqqında iltizam tədbiri ilə əvəz olunub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 780

Oxşar yazılar