Məşhur Hollivud ulduzu Brüs Uillis afaziya və frontotemporal demans xəstəlikləri səbəbilə gəzmək və danışmaq qabiliyyətini itirib.
Lent.az xəbər verir ki, bu haqda “Express Tribune” qəzeti məlumat yayıb.
“Aktyorun adıçəkilən xəstəlikləri o qədər irəliləyib ki, o, çətinliklə danışa, oxuya və ya yeriyə bilir”, - məqalədə deyilir.
Qəzet buna baxmayaraq aktyorun vəziyyətinin stabil olaraq qaldığını vurğulayıb.
Qeyd edək ki, Brüs Uillis 1955-ci il martın 19-da Almaniyanın İdar-Oberşteyn şəhərində amerikalı ata və alman anadan ibarət ailədə dünyaya göz açıb.
O, “Die Hard”, “Pulp Fiction”, “Armageddon” və “The Fifth Element” filmlərindəki rolları ilə şöhrət qazanıb.
1987-2000-ci illərdə aktrisa Demi Mur ilə evli olub. 2009-cu ildə ingilis aktrisa və model Emma Heminqlə ailə həyatı qurub.