10 il  anasının meyiti ilə yaşadı
23 iyul 2025 15:20 (UTC +04:00)

10 il anasının meyiti ilə yaşadı

Yaponiyada 60 yaşlı Takehisu Miyavaki 95 yaşlı anasının ölümünü ört-basdır etməkdə şübhəli bilinərək həbs edilib. Yaşlı qadının cəsədi ölümündən 10 il sonra aşkar edilib.

Lent.az xarici mediaya istinadla bildirir ki, bu ilin may ayında yerli hökumət rəsmisi Miyavakinin qəribə davranışından təşvişə düşüb. Məmur anası haqqında məlumat istəyəndə kişi cavab verməkdən imtina edib. Nəticədə məmur polisə müraciət etməyə vadar olub.

Evə baxış zamanı tualetdə ölmüş qadın meyiti aşkar edilib.

Miyavaki özü davranışını insanlarla ünsiyyət qurmaq qorxusu (sosial fobiya) ilə izah edib. Onun sözlərinə görə, bu səbəbdən anasının ölümü ilə bağlı müvafiq xidmətlərə məlumat verməyib. Hazırda bu hadisə ilə bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 742

Oxşar yazılar