Bakıda quldur dəstəsi  tutuldu
23 iyul 2025 15:35 (UTC +04:00)

Bakıda quldur dəstəsi tutuldu

Bakının Binəqədi rayonunda quldurluq hadisəsi baş verib. 

Daxili İşlər Nazirliyindən Lent.az-a verilən xəbərə görə, iyulun 22-də gecə saatlarında naməlum şəxslər 31 yaşlı paytaxt sakinini kəsici alətlə hədələyərək onun 120 manatını və 2 ədəd mobil telefonunu ələ keçirib.

Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən 3 nəfər - 22 yaşlı A.Mürsəlov, əvvəllər məhkum olunmuşlar 23 yaşlı P.İmanov və 33 yaşlı M.Mehdiyev müəyyən edilərək saxlanılıblar.

Araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 912

Oxşar yazılar