Rusiyalı bloger, qarışıq döyüş növləri (MMA) üzrə pop-fayter Korney Tarasovun gözü çıxarılıb.
Lent.az yerli mediaya istinadla xəbər verir ki, idmançı gözünün bədbəxt hadisə nəticəsində zədələndiyini deyib. Axşam keçirilən bir məclis zamanı onun bir qızla mübahisəsi olub və nəticədə həmin qız onun gözünü çıxarıb. O, əməliyyat olunduğunu, lakin ağrılarının hələ də davam etdiyini qeyd edib. İdmançıya protez göz qoyulacaq.
Tarasovun aktivində 34 döyüş var — onlardan 15-i qələbə, 18-i məğlubiyyət və biri heç-heçə ilə nəticələnib. O, “Bizim iş”, “Hayp uğrunda döyüş”, “Punch Club” və “Külaç” kimi promouşnlarda çıxış edib.