Bakıda bir kilometr uzunluğu olan 4 min maşınlıq parkinq tikilir
“Bakıda böyük quruculuq, abadlıq işləri aparılır. Yeni parklar, istirahət zonaları salınır. İnsanların rahatlığı üçün çox böyük işlər görülür. Böyük parkinqlər tikilir və bu məsələ çox vacibdir”.
APA-nın xəbərinə görə, prezident bildirib ki, Bakı küçələrində kifayət qədər çox maşın dayanır: “Əlbəttə ki, bu, yolverilməzdir. Digər tərəfdən, biz başa düşməliyik ki, əgər parkinq yoxdursa, maşın sahibi onu haradasa saxlamalıdır?! Ona görə biz bu sahədə hesab edirəm ki, ədalətli mövqe nümayiş etdiririk. Parkinqlər tikilənə qədər bu məsələyə bir qədər göz yummaq mümkündür. Amma parkinqlər tikilib istifadəyə verildikdən sonra küçədə bir maşın da qanunsuz parkinq edilməməlidir”.
Prezident deyib ki, Bakıda böyük parkinqlər tikilir: “Heydər Əliyev Sarayının arxasında bir kilometr uzunluğunda, yüz əlli metr enində ikimərtəbəli parkinq tikilir ki, orada dörd min maşın saxlamaq mümkündür. Azadlıq meydanının altında böyük parkinq tikilir. Orada ən azı iki min maşın saxlamaq mümkün olacaq”.
Prezident Bakı şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbova şəhərdə digər yerlər müəyyən edilməsi üçün də tapşırıq verib: “Boş yerlər çoxdur. O yerlərin altında parkinq, üstündə yaşıllıq zonaları və istirahət parkları tikilməlidir. Biz bu məsələlərlə bağlı da çox ciddi məşğuluq”.

Oxşar yazılar

Sabah çimərliklərdə hava necə olacaq? - PROQNOZ
23 iyul 2025 , 15:06
D vitamini niyə təhlükəli ola bilər? - Həkimlərdən həyəcan təbili
23 iyul 2025 , 14:22
Təhsil İdarəsində NÖQSANLAR: 33 direktor işdən çıxarıldı
23 iyul 2025 , 12:51Sabah da dəhşətli isti olacaq - hava PROQNOZU
23 iyul 2025 , 12:20
Bu rayon işıqsız qalacaq
23 iyul 2025 , 09:13
Bu BÜRCLƏR aldandıqlarını anlamaq ərəfəsindədir: Onlar kimlərdir?
23 iyul 2025 , 09:09
Bakıda bu yollarda sıxlıq var - SİYAHI
23 iyul 2025 , 08:17