Xamenei İranın Əsəd ordusuna  niyə kömək etmədiyini   AÇIQLADI
11 dekabr 2024 15:26 (UTC +04:00)

Xamenei İranın Əsəd ordusuna niyə kömək etmədiyini AÇIQLADI

İranın ali dini lideri Seyid Əli Xamenei bu gün deyib ki, İran “Suriyaya kömək etməyə hazır olub, lakin Suriya ordusu heç bir müqavimət ruhu nümayiş etdirməyib”.

Lent.az-ın xarici KİV-ə istinadla xəbərinə görə, o, həmçinin bildirib ki, İran təhlükəsizlik orqanları guya 4 ay əvvəl Bəşər Əsədi devirmək planları barədə məlumat veriblər.

“Suriyadakı bu qruplaşmalar uzun sürməyəcək. Suriya gəncləri onlara qarşı ayağa qalxacaq”, - o deyib.

“Müqavimətin mənasını anlamayan cahil analitiklər təsəvvür edirlər ki, müqavimət zəiflədikdə İslam İranı da zəifləyəcək və mən deyirəm ki, ilahi qüdrətlə, Uca Allahın izni ilə İran güclənəcək və güclənəcək”, - Xamenei əlavə edib.

Əsədin devrilməsi İranın rəhbərlik etdiyi siyasi və hərbi ittifaqa - İsrail və ABŞ-ın Yaxın Şərqdəki təsirinə qarşı çıxan qondarma "müqavimət oxu"na böyük zərbə kimi qiymətləndirilir. İranın rəhbərlik etdiyi bu qeyri-rəsmi koalisiyaya həmçinin Yəməndə husi üsyançıları, İraqda şiə silahlı qruplaşmalar və Suriyada hökumətyönlü silahlı qruplar daxildir.

“Reuters”in xəbər verdiyi kimi, İran müharibə zamanı Əsədi dəstəkləmək üçün milyardlarla dollar xərcləyib və müttəfiqini hakimiyyətdə saxlamaq üçün İslam İnqilabı Keşikçiləri Korpusunun nümayəndələrini Suriyaya göndərib.

Əsədin devrilməsindən bir neçə saat sonra İran hər iki ölkənin “uzaqgörən və müdrik yanaşması” sayəsində Dəməşqlə əlaqələrin davam edəcəyini gözlədiyini bildirib və Suriya cəmiyyətinin bütün təbəqələrini təmsil edən hökumətin formalaşmasına çağırıb.

Xamenei çıxışında həmçinin bildirib ki, İranın rəhbərlik etdiyi alyans bütün regionda güclənəcək. “Nə qədər çox təzyiq tətbiq etsəniz, müqavimət bir o qədər güclü olar. Nə qədər çox cinayət etsən, o, bir o qədər qətiyyətli olur. Bununla nə qədər çox mübarizə aparsanız, bir o qədər yayılır”, - Xamenei deyib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3603
avatar

Oxşar yazılar