Ərdoğan xatırladıb ki, Bəşər Əsəd yüz minlərlə insanın ölümünə görə məsuliyyət daşıyır.
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan İranın ali dini lideri Əli Xameneini Bəşər Əsəd rejimini dəstəklədiyinə görə tənqid edib.
Lent.az-ın xarici KİV-ə istinadla xəbərinə görə, Ərdoğan xatırladıb ki, Suriya lideri yüz minlərlə insanın, o cümlədən müxtəlif dini və etnik qrupların - şiələr, sünnilər, xristianlar, ermənilər, druzlar, yezidilər və başqalarının nümayəndələrinin ölümünə görə məsuliyyət daşıyır.
Türkiyə prezidentinin sözlərinə görə, onun qınaqlarına cavab olaraq Xamenei deyib ki, Əsəd guya İsrailə qarşı çıxan yeganə liderdir.
Ərdoğan belə bir bəhanənin legitimliyinə şübhələrini ifadə edərək, Xameneinin liderlik keyfiyyətlərini və mənəvi mövqeyini şübhə altına alıb.
“Sizcə Xamenei mənə nə cavab verdi? O, Əsəd İsrailə qarşı çıxan yeganə adamdır! İndi soruşuram ki, Xamenei kimi biri real liderliyə layiqdirmi?!”, - Ərdoğan vurğulayıb.