Böyük Britaniyanın baş naziri Kir Starmer və müxalif Mühafizəkarlar Partiyasının lideri Kemi Badenok yemək üstündə mübahisə edib.
Lent.az-ın xarici mediaya istinadla xəbərinə görə, daha əvvəl Badenok sendviçləri çox sevmədiyini və onları "əsl yemək" hesab etmədiyini, bəzən bifteklə nahar etdiyini açıqlayıb.
“Düşünürəm ki, o (Starmer) müxalifət liderinin nahar üçün biftek yediyini biləndə təəccübləndi. Baş nazir sendviç naharından olduqca razıdır”, - baş nazirlik aparatının rəsmisi bildirib.
Bundan əlavə, o, siyasətçinin üstünlüklərini açıqlayıb - onun sözlərinə görə, Starmer tuna sendviçləri və bəzən qızardılmış pendirli sendviçlər yeyir.
Sendviç Hər il Böyük Britaniya iqtisadiyyatına səkkiz milyard funt sterlinq töhfə verən sendviç "böyük Britaniya institutu" adlandırılıb.
"Baş nazirin naharla bağlı zarafatlarıma cavab verməyə vaxtı var... Amma bizim yeməyimizi istehsal edən fermerlərə vaxtı yoxdur", - Badenok qəzəblə cavab verib.