Demokratlar Partiyasının namizədi ABŞ-da keçiriləcək prezident seçkilərində qalib gələcək.
Lent.az-ın xarici mediaya istinadən xəbərinə görə, bunu məşhur astroloq Rami Blekt deyib.
ABŞ-ı qarşıdakı illərdə nələr gözləyir və seçkilərdə kim qalib gələcək?
Məlumata görə, Blekt hesab edir ki, yaxın 5-7 ildə ABŞ-ın təsiri azalacaq.
Astroloqun sözlərinə görə, ölkənin gələcək taleyi payızda, prezident seçkiləri keçirildiyi zaman həll olunacaq.
“Ulduzlar o qədər də Tramp tərəfdarı deyillər, indi daha çox demokratlar tərəfdarıdırlar”, - Blekt bildirib.
O, Demokratlar Partiyasının namizədinin qalib gəlmə ehtimalının 60 faiz olduğuna aydınlıq gətirib.
Astroloq onu da qeyd edib ki, ABŞ prezidenti postunu qadının tutması ehtimalı yüksəkdir.