Qusarda toyda KÜTLƏVİ ZƏHƏRLƏNMƏ
29 iyul 2024 13:59 (UTC +04:00)

Qusarda toyda KÜTLƏVİ ZƏHƏRLƏNMƏ

Qusar rayonunun Aşağı Ləgər kəndində 5 nəfər qidadan zəhərlənib.

Lent.az xəbər verir ki, hadisə toyda baş verib. 2019-cu il təvəllüdlü Z.Səfərova, 2007-ci il təvəllüdlü S.Səfərova, 1966-cı il təvəllüdlü E. Primov, 2014-cü il təvəllüdlü Ə.Aydazadə və 2011-ci il təvəllüdlü İ. Eyyubov toyda yedikləri qidadan sonra özlərini pis hiss ediblər. Onlar Qusar rayon Mərkəzi Xəstəxanasına müraciət ediblər. Qida zəhərlənməsi diaqnozu qoyulan şəxslər tibbi yardımdan sonra evə buraxılıb.

Hazırda fakt araşdırılır./APA

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 927
avatar

Oxşar yazılar