“Yarım gilə” mahnısının erməni ifaçı tərəfindən oxunması araşdırılır - COPAT
29 iyul 2024 11:58 (UTC +04:00)

“Yarım gilə” mahnısının erməni ifaçı tərəfindən oxunması araşdırılır - COPAT

Əqli Mülkiyyət Agentliyi (COPAT) əməkdar incəsənət xadimi bəstəkar Cavanşir Quliyevin “Yarım gilə” mahnısının ermənilər tərəfindən oğurlanması faktı ilə bağlı araşdırma aparır.

Lent.az APA-ya istinadən xəbər verir ki, bu barədə yaxın günlərdə nəticə barədə ətraflı məlumat veriləcək.

Bəstəkar Cavanşir Quliyev isə APA-ya açıqlamasında bildirib ki, 1991-ci ildə yazdığı mahnı bir xeyli məşhurluq qazanıb, türk və gürcü müğənnilər tərəfindən ifa olunub.

“Hətta gürcü ifaçını mən tapmışdım, o məndən icazəsiz ifaya görə üzr istədi. Görünür, məhz bu formada da gedib Ermənistana da çıxıb”.

Bəstəkar erməni ifaçının lent yazısını COPAT-a göndərdiyini və araşdırma aparmaqlarını xahiş edib.

“Təəssüf ki, həmin ifa yutubda yoxdur, o mənada, bir az çətindir. Hüquqi baxımdan, yutubda olsaydı, daha rahat həll etmək olardı”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2307
avatar

Oxşar yazılar