İsti havada bu cür geyimlərdən UZAQ DURUN
29 iyul 2024 15:06 (UTC +04:00)

İsti havada bu cür geyimlərdən UZAQ DURUN

Mütəxəssislər isti havada nə geyinmək lazım olduğunu açıqlayıblar.

Lent.az xarici mətbuata istinadən xəbər verir ki, isti havada daha rahat hiss etmək və tərləməmək üçün sərin materiallı paltarlara üstünlük vermək lazımdır.

Cins şalvar pambıq parça hesab olunur. Lakin bu cür şalvarlar yay istisi üçün çox ağır və sıxdır.

Yayda mini geyinmək məsləhət görülmür. Yay üçün “midi” və ya “maksi” formatına daha çox üstünlük verilməlidir. Bu cür paltarlar sizi günəş yanığından qoruyacaq. Həmçinin paltarların boş paltar olması vacibdir.

Kətan istidə o qədər də yaxşı deyil. Tər kətanın islanmasına səbəb olur və belə paltarlar narahat olur. Paltar uzun müddətdən sonra quruyur və sonra qırışmış görünür.

Ağ paltarların daha az günəş işığı qəbul etdiyinə inanılır. Lakin araşdırmalar göstərib ki, isti havalarda parçanın rəngindən asılı olmayaraq insan orqanizmi bərabər şəkildə qızır.

Buna görə də, istənilən rəngli paltar geyinə bilərsiniz. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2724
avatar

Arzu Qurbanlı

Oxşar yazılar