Baba və nənələrdən nəvələr üçün aliment alına bilər? – CAVAB
29 iyul 2024 12:30 (UTC +04:00)

Baba və nənələrdən nəvələr üçün aliment alına bilər? – CAVAB

Lent.az-ın "bir sual, bir cavab" rubrikasında növbəti mövzu baba və nənələrdən alimentin alınması ilə bağlıdır.

Maraqlıdır, görəsən, baba və nənələrdən nəvələr üçün aliment alına bilər? 

Lent.az xəbər verir ki, ailənin digər üzvlərinin aliment öhdəlikləri Ailə Məcəlləsinin 88-93-cü maddələri ilə tənzimlənir.

Həmin öhdəliklərin həyata keçirilməsi qaydası aşağıdakı kimidir:

Baba və nənənin nəvələrini saxlamaq vəzifəsi:

Yardıma ehtiyacı olan yetkinlik yaşına çatmayan (18 yaşı tamam olmayan) nəvələr saxlanmaq üçün öz valideynlərindən maddi yardım ala bilmədikdə, buna zəruri vəsaitə malik baba və nənədən məhkəmə qaydasında aliment almaq hüququna malikdirlər. Əmək qabiliyyəti olmayan və yardıma ehtiyacı olan yetkinlik yaşına çatan nəvələr saxlanmaq üçün valideynlərindən, yaxud da ərdən (arvaddan) maddi yardım ala bilmədikdə, onlara da eyni hüquq verilir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 4368
avatar

Arzu Qurbanlı

Oxşar yazılar