Külək, yağış, şimşək - SABAHIN HAVASI
29 iyul 2024 12:40 (UTC +04:00)

Külək, yağış, şimşək - SABAHIN HAVASI

İyulun 30-da gözlənilən hava şəraiti açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən Lent.az-a verilən xəbərə görə, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin əsasən yağmursuz olacağı gözlənilir. Cənub-qərb küləyi gündüz mülayim cənub-şərq küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu gecə 18-23° isti, gündüz 28-32° isti olacaq. Atmosfer təzyiqi 759 mm civə sütunundan 754 mm civə sütununa enəcək. Nisbi rütubət gecə 40-50 %, gündüz 65-75 % olacaq.
 
Azərbaycanın rayonlarında hava şəraiti əsasən yağmursuz olacaq. Lakin gündüz bəzi dağlıq ərazilərdə qısamüddətli yağış yağacağı, şimşək çaxacağı ehtimalı var. Şərq küləyi bəzi yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 17-21° isti, gündüz 25-30° isti, dağlarda gecə 10-15° isti, gündüz 16-21° isti olacaq.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2529
avatar

Arzu Qurbanlı

Oxşar yazılar