Naxçıvan Muxtar Respublikası Mərkəzi Seçki Komissiyasının sədri Əjdər Əliyev deputat olmaq niyyətindədir.
Lent.az-ın əldə etdiyi məlumata görə, Əjdər Əliyev Naxçıvan Muxtar Respublikası Ali Məclisinə seçkilərdə iştirak etmək üçün artıq Naxçıvan Muxtar Respublikası Mərkəzi Seçki Komissiyasının sədri vəzifəsindən istefa vermək üçün ərizə yazıb.
Qanunvericiliyə əsasən, Əjdər Əliyevin Naxçıvan Muxtar Respublikası Mərkəzi Seçki Komissiyasının sədri vəzifəsindən istefası Muxtar Respublikası Ali Məclisində təsdiqlənməlidir.
Əjdər Əliyev Lent.az-a açıqlamasına bu məlumatı nə təsdiq, nə də təkzib edib. O, bununla bağlı rəsmi qərarı gözləməyi tövsiyə edib.