MDB ölkələrindən birində terror aktı planlaşdıran terror təşkilatının üzvü Qırğızıstanda saxlanılıb.
Lent.az xarici mediaya istinadla bildirir ki, şübhəli şəxs gizli qruplaşmanın tərkibində terror aktı törətməyi planlaşdırıb.
Qeyd edək ki, iyulun 19-da Federal Təhlükəsizlik Xidmətinin Stavropol diyarının Essentuki şəhərində törədilmiş terror aktının qarşısını aldığı, orada Mərkəzi Asiya regionundan olan şəxsin avtovağzalda partlayış törətmək niyyətində olduğu bildirilib. Cinayətin Rusiyada qadağan olunmuş beynəlxalq terror təşkilatının üzvü tərəfindən hazırlandığı məlum olub.