Bakı və Sumqayıtda dələduzluq edənlər tutuldu
27 iyul 2024 14:12 (UTC +04:00)

Bakı və Sumqayıtda dələduzluq edənlər tutuldu

Bakı və Sumqayıtda dələduzluq hadisələri olub.

Daxili İşlər Nazirliyindən Lent.az-a verilən xəbərə görə, Yasamal rayon Polis İdarəsinin 29-cu Polis Şöbəsinə müraciət edən qadın hesabına 300 manat pul ödədiyi şəxsin onu aldatdığını bildirib. 

Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə dələduzluq əməlini törətməkdə şübhəli bilinən A.İsmayılov müəyyən olunaraq saxlanılıb.

Sumqayıt şəhər Polis İdarəsinin 3-cü Polis Bölməsi əməkdaşlarının keçirdikləri tədbirlərlə isə Sumqayıt şəhər sakini olan bir nəfərin 2170 manatını dələduzluq yolu ilə almaqda şübhəli bilinən Ə.Rzayev müəyyən olunaraq saxlanılıb. 

Hər iki faktla bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 534
avatar

Oxşar yazılar