İş adamı böyük döymə  etdirərkən öldü
25 yanvar 2025 18:34 (UTC +04:00)

İş adamı böyük döymə etdirərkən öldü

Braziliyada bloqqer və iş adamı nəhəng döymə etdirərkən dünyasını dəyişib.

Lent.az xarici KİV-ə istinadla bildirir ki, yanvarın 20-də Rikardo Qodoy, kürəyinə böyük döymə etdirmək məqsədilə ümumi anesteziya üçün İtapemadakı Dia Revitalite xəstəxanasına gəlib.

Hadisə baş verən gün 46 yaşlı Rikardo izləyicilərinə tibbi prosedurdan keçəcəyini və saat 16:00-a qədər fəaliyyətini bərpa etməyi planlaşdırdığını söyləyib. Lakin ümumi anesteziya ilə bağlı fəsadlar ortaya çıxıb və günorta saatlarında iş adamı ölüb.

Santa-Katarina polisi ifadələri toplayaraq müvafiq sənədləri təhlil etdiklərini bildirib. Müstəntiqlər həmçinin tibbi səhlənkarlığın, anesteziyanın tətbiqində səhvlərin və ya xəstəxana protokollarının pozulmasının olub-olmamasına diqqət yetirirlər.

İş adamının həyat yoldaşı və uşaqları qalıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1860
avatar

Oxşar yazılar