Evini satmayan inadkar yolun ortasında  qaldı
25 yanvar 2025 19:00 (UTC +04:00)

Evini satmayan inadkar yolun ortasında qaldı

Çinli Xuan Pinq inadkarlığı sayəsində bütün ölkədə məşhurlaşıb. Magistral yolun tikintisi zamanı təklif olunan kompensasiyaya və müxtəlif köçürmə variantlarına baxmayaraq, kişi evini tərk etməkdən imtina edib.

Lent.az xarici mediaya istinadla bildirir ki, indi isə şəxsi ikimərtəbəli bina sözün əsl mənasında yolun ortasında, hündür beton divarlarla əhatə olunub.

Britaniya agentliyinin məlumatına görə, Xuana təxminən 210 min avro məbləğində təzminat təklif olunub. Lakin kişi bu məbləği qeyri-kafi hesab edib.

Hazırda tikinti işlərinin səs-küyü onun dincliyini daim pozur və 11 yaşlı nəvəsi fasiləsiz gurultuya ara vermək üçün şəhərə yollanmağa məcbur olur.

"Keçmişə qayıtmaq mümkün olsaydı, təklifi qəbul edərdim" deyə Xuan bildirib.

Hazırda onun evi turistlərin ziyarət yerinə çevrilib. İnsanlar inadkarlığı qeyri-adi nəticəsini görməyə gəlirlər.

Tikinti başa çatdıqdan sonra Xuanın bu evdə qalıb-qalmayacağı hələ məlum deyil. Jingxi County səlahiyyətliləri ilə aparılan bütün danışıqlar heç bir nəticəyə gətirib çıxarmır, binanın taleyi şübhə altında qalır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 6543
avatar

Oxşar yazılar