Bakıda 2 nəfərə qarşı 75 minlik  DƏLƏDUZLUQ
25 yanvar 2025 13:24 (UTC +04:00)

Bakıda 2 nəfərə qarşı 75 minlik DƏLƏDUZLUQ

Nəsimi rayonu ərazisində 2 şəxsin dələduzluq yolu ilə 41000 dollar və 5720 manatının ələ keçirilməsi barədə polisə məlumatlar daxil olub.

Daxili İşlər Nazirliyindən Lent.az-a verilən xəbərə görə, Nəsimi rayon Polis İdarəsinin 22-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə əməlləri törətməkdə şübhəli bilinən 29 yaşlı T.Pənahov və F.Axundov müəyyən olunaraq saxlanılıb.

Bundan başqa Sumqayıt ŞPİ 4-cü Polis Bölməsi əməkdaşlarının keçirdikləri tədbirlərlə bir nəfəri aldadıb hesabına 500 manat pul ödətdirməkdə şübhəli bilinən 29 yaşlı H.Hüseynovun müəyyən olunaraq saxlanılması da təmin edilib.

Faktlarla bağlı araşdırmalar aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1326
avatar

Oxşar yazılar