Uzun ömürlülərin  səhəri:   100 il yaşayanlar  səhər nə yeyirlər?
26 yanvar 2025 09:35 (UTC +04:00)

Uzun ömürlülərin səhəri: 100 il yaşayanlar səhər nə yeyirlər?

İyirmi il uzunömürlülük faktorlarını araşdıran Den Byuttner Kosta-Rikanın Nikoya kəndində yerli əhalinin 100 il yaşamasına kömək edən səhər yeməyi kəşf edib.

“Dünyanın ən sağlam səhər yeməyi” adlandırılan bu yemək ləzzətli olmaqla yanaşı, həm də qan təzyiqini aşağı salmaq və xərçəng riskini azaltmaq kimi çoxsaylı sağlamlıq faydalarına malikdir.

Lent.az-ın xarici mediaya istinadla xəbərinə görə, bu reseptə sadə, lakin qidalı maddələr daxildir: qara lobya, uzun ağ düyü, qarğıdalı tortillaları, soğan, qırmızı bibər, yerli göyərti və ədviyyatlar. Tərkibində odun külü olan xəmirdən hazırlanan tortillalar B vitamini ilə zəngindir, qara lobyada isə antioksidantlar, kalium və B vitaminləri var.

"Qara lobya qaragilə ilə eyni antosiyaninləri ehtiva edir ki, bu da qalın bağırsağı təmizləməyə və qan təzyiqini və insulin səviyyəsini tənzimləməyə kömək edir", - Byuttner deyir.

Bundan əlavə, qarğıdalı tortillaları orqnizmi aşağı qlisemik indeksə malik kompleks karbohidratlarla təmin edir, bu da gün ərzində enerji səviyyəsini saxlamağa kömək edir.

Yerli "noxud giləmeyvə" qəhvəsi də bu səhər yeməyinin vacib hissəsidir. Maddələr mübadiləsini yaxşılaşdırmağa kömək edən antioksidanlar və kofeinlə zəngindir. Bütün səhər yeməyi xidmət başına cəmi 4,23 dollardır və bir neçə gün əvvəlcədən hazırlana bilər ki, bu da onu yalnız sağlam deyil, həm də hazırlamanması asandır.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2280
avatar

Oxşar yazılar