Halit Ergenç və xanımı prokurorluğa çağırıldı
25 yanvar 2025 11:40 (UTC +04:00)

Halit Ergenç və xanımı prokurorluğa çağırıldı

Serenay Sarıkaya, Hande Erçel və digər məşhurların meneceri olan Ayşe Barım 2013-cü ildə Gəzi Parkı hadisələri zamanı şirkətində çalışan aktyorları etiraz aksiyalarına yönəltdiyi iddiası ilə saxlanılıb.

Lent.az Türkiyə mediasına istinadən xəbər verir ki, Barım “Türkiyə Cümhuriyyəti hökumətini devirməyə cəhddə və ya öz vəzifələrini yerinə yetirməsinə mane olmaqda” ittiham olunur. Barımın şirkəti ilə əməkdaşlıq edən aktyorların sözügedən etirazlara qoşulub-qoşulmadığı araşdırılır.

Məlumatada bildirilir ki, aktyorlar Halit Ergenç və xanımı Bergüzar Korel, Dolunay Soysert, Mehmet Günsür və Rza Kocaoğlu da dindirilmək üçün prokurorluğa çağırılıblar.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2325
avatar

Rəhman Mirzəlizadə

Oxşar yazılar