Türkiyədə gənc oğlanı küçədə başqası ilə səhv salaraq, öldürüblər.
Lent.az yerli mediaya istinadla bildirir ki, hadisə İstanbulun Bağçılar qəsəbəsində baş verib. 2-si tibbi maska taxan 3 suriyalı küçədə 27 yaşlı Veysel Şirini borclarını qaytarmayan şəxslə səhv salaraq bıçaqlayıblar.
Xəstəxanaya yerləşdirilən gəncin həyatını xilas etmək mümkün olmayıb.
Polisin keçirdiyi əməliyyat nəticəsində hadisədə şübhəli bilinən 5 nəfər saxlanılaraq, istintaqa təhvil verilib. Araşdırma aparılır.