“Qırmızı şeytanlar”ın sabiq qapıçısı Devid Qaskell 84 yaşında vəfat edib.
Lent.az xarici mediaya istinadla bildirir ki, o, 1956-1968-ci illərdə əsas komandada çıxış edib. 16 yaş 19 günlüyündə debüt edib, rekord qırıb və ingilis klubunun tarixində ən gənc oyunçu olub.
İlkin olaraq ehtiyat oyunçular skamyasında otursa da, komandanın əsas qapıçısı Rey Vud zədələndiyi üçün gənc futbolçu meydana əvəzedici kimi çıxmalı olub. Həmin görüş “qırmızı şeytanlar”ın 1:0 hesablı qələbəsi ilə başa çatıb.
Qaskell 1969-cu ilə qədər “Mançester Yunayted”də oynamağa davam edib, komanda ilə iki çempionluq və İngiltərə Kubokunu qazanıb. Futbolçu daha sonra "Uiqan" və "Reksem"də çıxış edib.
"Mançester Yunayted" sosial mediada bir bəyanat yayaraq, klub işçilərinin Qaskellin ailəsinə və dostlarına başsağlığı verib.