Bakıda evdə partlayış, 1 nəfər yaralandı
26 yanvar 2025 10:38 (UTC +04:00)

Bakıda evdə partlayış, 1 nəfər yaralandı

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsində fərdi yaşayış evində partlayış baş verməsi barədə məlumat daxil olub.

Nazirlikdən Lent.az-a verilən məlumata görə, bununla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.

Hadisə yerində əməliyyat şəraitinin qiymətləndirilməsi zamanı fiziki şəxsə məxsus həyətyanı sahədə ümumi sahəsi 30 m² olan ikiotaqlı köməkçi tikilidə partlayışın baş verdiyi müəyyən edilib.

Hadisə nəticəsində partlayış dalğasının təsirindən həyətin darvazası yerindən çıxıb, həyətdə dayanan 2 ədəd minik avtomobilinin şüşələri sınıb, tikiliyə ziyan dəyib və 1 nəfər xəsarət alıb.

FHN-in qüvvələri tərəfindən hadisə yerində zəruri təhlükəsizlik tədbirləri görülüb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1512

Oxşar yazılar

Gəncədə "07" iki piyadanı  vurdu

Gəncədə "07" iki piyadanı vurdu

6 fevral 2025 , 20:25
Şantaja görə həbs edilən  sayt rəhbərlərinin   məhkəməsi başladı

Şantaja görə həbs edilən sayt rəhbərlərinin məhkəməsi başladı

6 fevral 2025 , 18:27
Məhkəməyə verilən  saytla bağlı   QƏRAR

Məhkəməyə verilən saytla bağlı QƏRAR

6 fevral 2025 , 18:17
Milli Qvardiyanın  əsgəri məzuniyyətdə 3 hərbi maşını yandırdı

Milli Qvardiyanın əsgəri məzuniyyətdə 3 hərbi maşını yandırdı

6 fevral 2025 , 17:29
Famil Xəlilova hökm oxundu

Famil Xəlilova hökm oxundu

6 fevral 2025 , 17:04
Jurnalist Şəmşad Ağa həbs olundu

Jurnalist Şəmşad Ağa həbs olundu

6 fevral 2025 , 16:51
Jurnalist Şahnaz Bəylərqızı həbs olundu

Jurnalist Şahnaz Bəylərqızı həbs olundu

6 fevral 2025 , 15:00
Məhkəmədən Əli Kərimli ilə bağlı YENİ QƏRAR

Məhkəmədən Əli Kərimli ilə bağlı YENİ QƏRAR

6 fevral 2025 , 14:41