“Fənərbaxça”dan Mourinyoya ad günü hədiyyəsi
26 yanvar 2025 22:36 (UTC +04:00)

“Fənərbaxça”dan Mourinyoya ad günü hədiyyəsi

0

Türkiyə Super Liqasının XXI turunun oyunları davam edir.

Apasport.az xəbər verir ki, gecənin son matçında “Fənərbaxça” “Göztəpə”ni qonaq edib.

Meydan sahibləri ilk hissəni məğlub başa vursalar da, 2-ci hissəni öz lehinə çevirməyi bacarıb.

Görüş “sarı-lacivərdlilər”in 3:2 hesablı qələbəsi ilə nəticələnib. Meydan sahiblərinin heyətində 43 və 56-cı dəqiqələrdə Yusif En-Nesri, 55-ci dəqiqədə Oğuz Aydın fərqləniblər. 

"Göztəpə"nin qollarını 25-ci dəqiqədə Xuan, 82-ci dəqiqədə Miroşi vurub.

Qeyd edək ki, bu gün İstanbul təmsilçisinin baş məşqçisi Joze Mourinyonun doğum günüdür. 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 2470

Oxşar yazılar