Rusiya  ordusunun hərbçisi   Ermənistanda  özünü asdı
26 yanvar 2025 21:00 (UTC +04:00)

Rusiya ordusunun hərbçisi Ermənistanda özünü asdı

Faciə yanvarın 25-də Şirak vilayətində baş verib. 

Lent.az-ın Ermənistan KİV-nə istinadla məlumatına görə, saat 17:20-də Rusiya vətəndaşı Vitali Şevçenko polisə zəng edərək Gümrü şəhərinin Aram Xaçatryan küçəsindəki evlərdən birində asılmış meyit tapıldığını bildirib.

Polis və müstəntiqlər binadakı mənzildə 23 yaşlı Rusiya vətəndaşı Aleksey Yampolskinin meyitini aşkar ediblər.

Məhkəmə-tibb ekspertinin ilkin rəyinə görə, kənar ekspertiza zamanı heç bir zorakılıq əlamətləri aşkar edilməyib.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1545
avatar

Oxşar yazılar