Nərimanov rayonunda polis əməkdaşlarının həyata keçirdikləri digər tədbirlə ev və otellərdən silsilə oğurluqlar edən Aysel Zeynalova və Vüsal Zeynalov saxlanılıblar.
Daxili İşlər Nazirliyindən Lent.az-a verilən məlumata görə, bu şəxslər paytaxt sakini olan üç vətəndaşdan ümumilikdə 276 min manat dəyərində qızıl –zinət əşyaları, 1000 manat və 2 ədəd mobil telefon oğurlayıblar.
A.Zeynalova oğurluq əməllərindən sonra hadisə yerlərini tərk edərkən kameralardan yayınmaq üçün xüsusi geyimlərdən istifadə edib.