Parlamentdə  “palatka mollaları”  müzakirə edildi
27 yanvar 2025 13:40 (UTC +04:00)

Parlamentdə “palatka mollaları” müzakirə edildi

"Məscidlərdə olan axundların rəhbərliyi Dini Komitədədir". 

Lent.az xəbər verir ki, bunu Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin bu gün keçirilən iclasında deputat Cavanşir Paşazadə deyib. 

Deputat bildirib ki, dini məsələlərə rəhbərlik edən axundların hər cümə üçün Qafqaz Müsəlmanları İdarəsi ilə razılaşdırılmış moizələri var: “Amma “palatka mollaları” tərəfindən kiməsə salavat çəkilməsi, bizə uyğun olmayan saqqal saxlanılması kimi məsələləri edənlər nəzarətsiz insanlardır. Onların bizim dövlətimizin apardığı siyasətə aidiyyəti yoxdur. Cəmiyyət  bunlara cavab verməlidir”.

Qeyd edək ki, deputat Tənzilə Rüstəmxanlı çıxışında şəhidlərlə bərabər Hacı Şahinə də salavat gətirilməsinə etiraz edib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2760
avatar

Lent.az

Oxşar yazılar