"Aktrisanın bədənində yaranan problemin səbəbkarı mən deyiləm" - Kosmetoloq DANIŞDI
28 yanvar 2025 16:08 (UTC +04:00)

"Aktrisanın bədənində yaranan problemin səbəbkarı mən deyiləm" - Kosmetoloq DANIŞDI

Bu gün aktrisa Mila Bekova Lent.az-a müsahibə verib. Aktrisa öz müsahibəsində həkim səhlənkarlığından danışıb. O, kosmetoloji əməliyyat zamanı yaranan infeksiya nəticəsində bədənindən aylardır, çirk gəldiyini, bununla bağlı hüquq mühafizə orqanlarına müraciət etsə də, işinə xitam verildiyini bildirib.

Lent.az məsələyə münasibət bildirməsi üçün sözügedən həkimlə əlaqə saxlayıb. 

Kosmetoloq Ülviyyə İlyasova açıqlamasında qeyd edib ki, Mila Bekovanın bədənində yaranan problemin səbəbkarı o deyil:

“Mənim əlimdə bununla bağlı ekspertin rəyi də var, hansı ki biz onu prokurorluğa təqdim etmişik. Onu da əlavə edim ki, xanımın bədəni ümumiyyətlə, heç bir proseduru qəbul etmir. Çünki məndən öncə rekonstruktiv cərrah tərəfindən xanımın arxa sarğı nahiyəsinə süni implant qoyulub. Bədən implantı qəbul etməyib və irinlər axmağa başlayıb. Türkiyədə xanımın bədənində olan implantı xaric ediblər. Böyük ehtimalla, pasiyentin özünə də artıq bədəninə heç bir toxunuş etdirməməli olduğu barədə məlumat verilib. Mən də onun öncədən yaşadığı bu problemi bilmədən kosmetoloji prosedur etmişəm. Təbii ki, məlumatım olsaydı, etməzdim. Bundan sonra da xanımın bədəni eyni reaksiyanı göstərib”.

“Mila xanım mənim tərəfimdən əməliyyat olunduğunu deyib, lakin bu doğru deyil. Çünki mən ona əməliyyat deyil, sadəcə kosmetoloji toxunuş edəcəyimi bildirmişəm. Yəni, heç kim onu məcburən kabinetə daxil etməyib. Xanım özü əvvəlcədən hara gəldiyini bilirdi”, - deyə o əlavə edib.

Ülviyyə İlyasova diplomsuz cərrah fəaliyyəti göstərməsi ilə bağlı qarşı tərəfin ittihamlarına da cavab verərək bildirib ki, o, heç vaxt həkim olduğunu səsləndirməyib:

"Mən cərrah deyiləm, sadəcə kosmetoloji prosedurlar edirəm. Bunu indiyədək bütün pasiyentlərimə də öncədən demişəm".

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2649

Oxşar yazılar