İsrail yanvarın 30-da 30-u uşaq olmaqla 110 fələstinli məhbusu azad edəcək.
Lent.az xəbər verir ki, bu barədə HƏMAS hərəkatı məlumat yayıb.
“Mübadilə sazişinin birinci mərhələsi çərçivəsində ömürlük həbsə məhkum edilmiş 32 məhbus, daha uzun müddətə məhkum edilmiş 48 məhbus və 30 uşaq azad ediləcək”, - məlumatda deyilir.