"Göz yaşlarımı  ürəyimə axıtmışam"   - Elnarə Xəlilova
29 yanvar 2025 18:40 (UTC +04:00)

"Göz yaşlarımı ürəyimə axıtmışam" - Elnarə Xəlilova

Məşhur müğənni Elnarə Xəlilova bu sözləri ilə diqqət çəkib.

Lent.az xəbər verir ki, o, Xalq artisti Aygün Kazımovanın "Etiraf" klipi ilə bağlı fikirlərini açıqlayıb:

"O qədər hiss elədim ki, bütün ağrınızı, acınızı, bütün yaşadıqlarınızı... Keçdiyiniz sənət yolu hər birimizə bir sənət adamı kimi o qədər doğmadır ki... 

Hər birimiz ən azı bir dəfə o hisləri keçirmişik. Çünki boğazımızda qəhər düyünlənərkən o qədər ürəyimizə axıtmışıq ki, o göz yaşlarımızı. Axı bu gün sizin doğum gününüzdür: qəm-qüssə, kədər yox, yalnız sevinc və xoşbəxtlik yaraşır.

Son vaxtlar hansısa mahnıya belə ağladığımı xatırlamıram. Dosta sadiq qalmaq mənim də hər zaman yaralı yerim olub. Əksər vaxtlar da yarımamışam dost sarıdan.

Hamımız qonağıq bu dünyada. Mühüm olan necə yaşamağımızdır, neçə yox. Siz dünya durduqca sənətinizdə yaşayacaqsınız. Onsuz da Allah sizə uzun ömür, can sağlığı versin təki.

Sənətimizdən əskik olmayasınız heç bir zaman. Heç yerə getməyin bu diyardan, xahiş edirəm, biz sizi çox sevirik".

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1797

Oxşar yazılar