ABŞ-ın immiqrasiya idarəsi deportasiya ilə üzləşən bir milyon yarıma yaxın miqrantın siyahısını yayıb.
Lent.az xarici mətbuata istinadən xəbər verir ki, siyahıda 709 Azərbaycan vətəndaşı da var.
Bundan əlavə, siyahıya 3103 Türkiyə vətəndaşı, 3518 rus, 2808 erməni və 1862 ukraynalı daxildir.
ABŞ-dan çıxarılan ən çox miqrant isə - 37 908 Çin vətəndaşı və 17 940 Hindistan vətəndaşıdır.
Qeyd edək ki, Tramp hazırda ABŞ tarixində ən böyük deportasiya əməliyyatını həyata keçirir.