Övladlarınızın  daimi xoşbəxtliyi üçün   onlara bunları öyrədin
30 yanvar 2025 12:23 (UTC +04:00)

Övladlarınızın daimi xoşbəxtliyi üçün onlara bunları öyrədin

Psixoloqlar qeyd edirlər ki, valideynlər övladlarının yetkinlik dövründə də xoşbəxtliyinə töhfə verə bilərlər.

Lent.az-ın xarici mediaya istinadən məlumatına görə, bunun üçün övladınıza həyatdan sevinc və həzz almasına kömək edəcək beş şeyi öyrətməlisiniz.

1. Müsbətə diqqət yetirin. Xüsusən də işlər yolunda getməyəndə diqqətinizi müsbət bir şeyə yönəltməlisiniz. “Müsbət psixologiya”nın bu üsulu beyni mənfi düşüncələrdən yayındıraraq müsbət düşüncəni inkişaf etdirməyi öyrədir.

2. Başqalarının xoşbəxtliyi üçün məsuliyyət daşımayın. Öz ehtiyaclarınızı unudaraq, başqalarını sevindirməyə çalışmamalısınız. Bu, daimi zehni və fiziki tükənməyə, nəticədə bədbəxtlik hissinə səbəb olur. Yadda saxlamaq lazımdır ki, öz rifahınız həmişə birinci yerdə olmalıdır.

3. Səmimi minnətdarlığı hiss edin. Məhz diqqət etdiyiniz şey - düşüncələr, sözlər və ya hərəkətlər - həyatınızın vacib hissəsinə çevrilir. Səmimi minnətdarlıq ifadələri, həyatda hər şeyin ilk baxışdan göründüyü qədər pis olmadığını görməyə kömək edir. Bu da öz növbəsində əhvalınızı yaxşılaşdırır və gündəlik həyatınıza daha çox xoşbəxtlik və sevinc cəlb edir.

4. Həyata məna qatan şeylər edin. 2011-ci ildə Amerika alimləri araşdırma aparıblar və müəyyən ediblər ki, maraqlı və ya mənalı hadisələrdə iştirak etmək stress və narahatlıq səviyyəsini azaldır. İnsan ona sevinc və həzz verən bir iş görəndə özünü xoşbəxt hiss edir.

5. Problemlərin həllini təxirə salmayın. Hətta kiçik, həll olunmamış vəzifələr də narahatlıq və stress səviyyənizi artıra bilər ki, bu da əhvalınızı aşağı sala və bədbəxtlik hissi yarada bilər.

Süründürməçiliyə qalib gəlmək və problemləri aktiv şəkildə həll etmək bu gərginliyi aradan qaldırır. Buna görə də insan çətinliklərin öhdəsindən gəlməyi bacardığından özünü xoşbəxt və məmnun hiss edir.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1506

Oxşar yazılar