Hindistanda kişi arvadını öldürdüyünü və cəsədi atdığını etiraf etdikdən sonra sərbəst buraxılıb.
Lent.az xarici KİV-ə istinadla bildirir ki, Heydərabaddan olan 45 yaşlı Qurumunti adlı kişi 35 yaşlı Venkata Madhavini öldürdüyünü etiraf edib.
İfadə verərkən polis kişinin yalan danışdığını üzə çıxarıb. Keçmiş əsgər mübahisə zamanı qadını divara vurduğunu etiraf edib. Arvadının öldüyünü anlayan Qurumunti mətbəx bıçağı ilə Venkatanı doğrayıb.
Parçaladıqdan sonra qadının qalıqlarını beş-altı saat bişirib. Daha sonra qalıqları Mirpat gölünə atıb.
Polis meyitin qalıqlarını tapmadığı üçün ərini azad edib. Məhkəmə ekspertləri araşdırma üçün qətldə şübhəli bilinən şəxsin evindən qab-qacaq və bıçaq götürüblər.
Cütlük 13 il əvvəl evlənib və iki uşaqları var.