Zaqatalada azyaşlı çayda boğulub.
Lent.az xəbər verir ki, hadisə günorta saatlarında Tala çayının rayonun Yuxarı Tala kəndindən keçən hissəsində qeydə alınıb.
Çayın kənarına ailəsi ilə istirahətə gələn Yuxarı Tala kənd sakini 2 yaşlı Səfiyyə Əfəndi qızı İsmayılova çaya düşərək boğulub.
Araşdırma aparılır.
TƏBİB-dən Lent.az-a verilən xəbərə görə, iyulun 12-də saat 17:05-də 2 yaşlı qız suda boğulma səbəbilə Zaqatala rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə gətirilib.
Şəxsin xəstəxanaya qədər ölüm faktı qeydə alınıb.
Ailə üzvlərinin təkidi ilə azyaşlıya reanimasiya tədbirləri icra edilsə də, ölüm faktı təsdiqlənib.