Azərbaycanda bu qadını görənlər polisə desin - AXTARILIR
12 iyul 2025 15:32 (UTC +04:00)

Azərbaycanda bu qadını görənlər polisə desin - AXTARILIR

İsmayıllıda qadın itkin düşüb.

Daxili İşlər Nazirliyi mətbuat xidmətinin Şəki regional qrupundan Lent.az-a verilən xəbərə görə, İsmayıllı rayon sakini, 40 yaşlı Elnarə Kərimova mayın 26-da yaşadığı evdən çıxaraq naməlum istiqamətdə gedib. 

Sonuncu dəfə onun əynində qara rəngli köynək, yaşıl şalvar və qara rəngli ayaqqabı olub. Onun boyu 163 sm, dolu bədən quruluşlu, saçları qaradır.

Elnarə Kərimovanın harada olması barədə məlumatı olan şəxslərən DİN-in “102” Xidməti- Zəng Mərkəzinə, həmçinin İsmayıllı Rayon Polis Şöbəsinin (020)282-11-89  şəhər və 050-280-45-00 mobil nömrələrinə zəng edərək məlumat vermələri xahiş olunur.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 582

Oxşar yazılar