Yevlaxda qətl hadisəsi baş verib.
Lent.az xəbər verir ki, hadisə iyulun 12-də saat 01 radələrində Yevlax şəhərində yerləşən evlərdən birində qeydə alınıb.
Orada yaşayan, 34 yaşlı Süleyman Vidadi oğlu Əzizov ögey qardaşı, 41 yaşlı ruhi-əsəb xəstəsi olan Orxan Şikar oğlu Səmədovu bıçaqlayaraq qətlə yetirib.
S. Əzizov saxlanılıb.
Araşdırmalar davam etdirilir.