“28 May”da Yaşıl və Qırmızı xətlər  ayrılacaq
30 yanvar 2025 20:11 (UTC +04:00)

“28 May”da Yaşıl və Qırmızı xətlər ayrılacaq

Bakı Metropoliteninin “28 May” stansiyasında Yaşıl və Qırmızı xətlər ayrılacaq.

Lent.az xəbər verir ki, bu, Prezident İlham Əliyevin sərəncamı ilə təsdiqlənən “Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025–2030-cu illər üçün Dövlət Proqramı”nda əksini tapıb.

Dövlət Proqramına əsasən, RİNN MN, ETSN, DŞAK, BŞİH, AZCON, BM, NƏŞ ilə birlikdə 2025-2026-cı illərdə Yaşıl və Qırmızı xətlərin ayrılması ilə bağlı tikintiquraşdırma işlərinin yerinə yetirilməsi və istismara verilməsini təmin etməlidir.

2026-cı ilədək tikinti quraşdırma işlərinin tamamlanması təmin edilməlidir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 744

Oxşar yazılar