Yanğında ölənlərin ailəsini ələ salanlar HƏBS OLUNDU
30 yanvar 2025 13:17 (UTC +04:00)

Yanğında ölənlərin ailəsini ələ salanlar HƏBS OLUNDU

Türkiyənin Kartalkaya bölgəsində yerləşən "Grand Kartal" oteldində baş verən yanğında həyatını itirənlərin yaxınlarına zəng vuran, onları ələ salan, söyən, bu videoları sosial şəbəkədə paylaşanlara qarşı İstanbul şəhər Prokurorluğunun başlatdığı istintaqda 2 nəfər həbs edilib. 

Lent.az-ın məlumatına görə, bəziləri "Teleqram" vasitəsilə əlaqə saxlayaraq yanğında yaxınlarını itirənlərin şəxsi məlumatlarına və telefon nömrələrinə daxil olublar. Sonra onlar skayp vasitəsilə ölənlərin yaxınlarına zəng edərək onları ələ salıb, təhqir edib və lentə alınan bu söhbətləri sosial şəbəkədə paylaşıblar.

İstanbul şəhər Prokurorluğu bu paylaşımları paylaşan şəxslərə qarşı “qanunsuz olaraq şəxsi məlumatların əldə edilməsi”, “şəxsin xatirəsinin təhqir edilməsi” və “ictimaiyyəti nifrət və düşmənçiliyə sövq etmək” cinayətlərinə görə istintaqa başlayıb. İstintaq çərçivəsində saxlanılan şübhəlilərdən 2-si həbs edilib, 1-i isə məhkəmə nəzarəti şərti ilə sərbəst buraxılıb. Hadisənin əsas səbəbkarları olduğu bildirilən 4 azyaşlı şübhəlinin saxlanılması prosesi davam edir.

İstintaq komissiyası yaradılıb

Türkiyə Böyük Millət Məclisində qrupları olan siyasi partiyalar Bolu Kartalkayadakı “Grand Kartal” otelində baş verən yanğın fəlakətinin bütün aspektlərinin araşdırılması, aidiyyatı qurum və təşkilatların məsuliyyətinin müəyyən edilməsi və oxşar hadisələrin qarşısının alınması üçün TBMM-ə araşdırma tələbi ilə təkliflər veriblər. Təkliflərlə bağlı müzakirələr başa çatdıqdan sonra “Grand Kartal” baş vermiş yanğın fəlakətini bütün ölçüləri ilə həll etmək üçün səsvermə yolu ilə parlamentin İstintaq Komissiyası yaradılıb.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2550

Oxşar yazılar

Futbol stadionunda izdiham zamanı 11 nəfər öldü

Futbol stadionunda izdiham zamanı 11 nəfər öldü

5 iyun 2025 , 11:52
Tarixin ən isti ili   nə vaxt olacaq?

Tarixin ən isti ili nə vaxt olacaq?

5 iyun 2025 , 06:34
Rusiyalı model narkotik təbliğinə görə  hakim qarşısına çıxarılır

Rusiyalı model narkotik təbliğinə görə hakim qarşısına çıxarılır

5 iyun 2025 , 02:24
Tramp Putinlə danışdı

Tramp Putinlə danışdı

4 iyun 2025 , 21:04
İndi də bir günə 2000 kişi ilə  yatacaq

İndi də bir günə 2000 kişi ilə yatacaq

4 iyun 2025 , 19:59
Bəbir babanın yanında  5 yaşlı uşağı parçaladı

Bəbir babanın yanında 5 yaşlı uşağı parçaladı

4 iyun 2025 , 13:02
Keçmiş prezidentə 11 il 5 ay HƏBS CƏZASI

Keçmiş prezidentə 11 il 5 ay HƏBS CƏZASI

3 iyun 2025 , 21:12
Ukrayna Krım körpüsünü  partlatdı -VİDEO

Ukrayna Krım körpüsünü partlatdı -VİDEO

3 iyun 2025 , 15:41