Azərbaycanda üç futbolçu ömürlük cəzalandırıldı
30 yanvar 2025 13:44 (UTC +04:00)

Azərbaycanda üç futbolçu ömürlük cəzalandırıldı

0

AFFA İntizam Komitəsi daha üç oyunçunu futboldan ömürlük uzaqlaşdırıb.

Lent.az-ın xəbərinə görə, bu barədə milli assosiasiyanın mətbuat xidməti məlumat yayıb.

I Liqada "Mingəçevir"də çıxış edən Xəyal Xudaverdiyev, Mövlan Kərimov və Muxtar Nəzərli danışılmış oyunlarda iştiraka görə ömürlük futbol ilə əlaqədar hər hansı fəaliyyətlə məşğul olmaq hüququndan məhrum ediliblər.

Qeyd edək ki, Azərbaycan millisinin sabiq futbolçusu Adil Nağıyev də ömürlük futboldan kənarlaşdırılıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 3245

Oxşar yazılar